Qubada 15 yaşlı yeniyetmə qız dəm qazından ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Hacıhüseynli kəndində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Ayla Vəlixanova yaşadığı evin hamam otağında yuyunarkən dəm qazından zəhərlənib.
O, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
















