Dəniz tısbağası əti Zanzibarın Pemba şəhərində ölümlərə səbəb olub.
Bakıvaxtı.az TRT Haber-ə istinadən xəbər verir ki, tısbağa əti yeyən 78 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfər ölüb. Ölənlərdən doqquzunun uşaq olduğu bildirilir.
Laboratoriya testləri xəstələrin hamısının dəniz tısbağası əti yediyini təsdiqləyib.
Zənzibar səlahiyyətliləri bölgəyə böhrana nəzarət qrupu göndərərək dəniz tısbağalarını istehlak etməməyə çağırıb.
Günəş Mərd