“Prezidentin sərəncamı ilə gələn ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması çox yaxşıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq növbəti illərdə ətraf mühitin qorunması istiqamətində işlər genişlənəcək. Deputat qeyd edib ki, bunun içərisində su ehtiyatından qənaətlə istifadə etmək ön plandadır:
“Təbii fəlakətlərlə müqayisədə quraqlıq daha çox ziyan verdiyindən, rayonlar müflis olmaq təhlükəsi qarşısında qalır. Təklif edirəm ki, dolu ilə birlikdə sel də, quraqlıq da təbii fəlakətlər siyahısına aid edilsin. Çünki quraqlıq təbiətə daha çox ziyan vurur”.
Aytac Aslan
















