• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Deputat: "Ürəyim əsir ki, seçicilər işlə bağlı müraciət etməsin"

CƏMİYYƏT

18 Yanvar 2024 | 10:07

Deputat: "Ürəyim əsir ki, seçicilər işlə bağlı müraciət etməsin"

"Ürəyim əsir ki, qəbullarda bizə müraciət edən seçicilər işlə bağlı müraciət etməsin. Çünki kömək etmək mümkün deyil, bu, çox çətin olur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əliyeva deyib. 

Onun sözlərinə görə, dövlət yeni iş yerlərinin açılması istiqamətində bir çox işlər görsə də, yerlərdə işlə təminatla bağlı məsələ sanki daha da mürəkkəbləşdirilir: “Vətəndaş dövlət qurumlarının qapısı arasında sanki yol ölçür. Nəhayət bizdən kömək istəyir. Ona görə də məşğulluq məsələsinin koordinasiya edilməsi mühümdür. Bölgələrdən mərkəzə gəldikdə sanki bir qopuqluq var. Vətəndaşla qurum arasında körpü rolunu oynamağa çalışsaq da, bizə verilən cavablar formal olur. Vətəndaşı da işlə təmin etmək qeyri-mümkün olur. Bu kimi məsələlərin dinləmədə nəzərə alınması yaxşı olardı”. 

“Belə fikir yaranmasın ki, ölkədə yeni iş yerləri açılmır. Çünki ölkəmizdə hər il yüz mindən çox yeni iş yerləri açılır. Ona görə də dinləmdə demoqrafik vəziyyət məsələsi gündəmə gəlməlidir”, - komitə sədri Musa Quliyev deputata cavabında qeyd edib./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026