"Azərbaycan milyarderləri Qarabağın bərpasına öz vəsaitlərindən xərcləməlidilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında Sabir Rüstəmxanlı bildirib.
Deputat deyib ki, onlar vəsaitlərindən Qarabağ üçün xərcləmirlərsə, milyonların heç bir əhəmiyyəti yoxdur.
"Dünyada Azərbaycanı sevən bütün qüvvələr bu işə cəlb olunmalıdır", - deyə Sabir Rüstəmxanlı əlavə edib.
Nuranə Daxilqızı
















