• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Deputatdan sığorta şirkətlərinə İTTİHAM

CƏMİYYƏT

11 Oktyabr 2022 | 17:01

Deputatdan sığorta şirkətlərinə İTTİHAM

"Şirkətlər əlindən gələni edir ki, ya ödəniş etməsin, ya da az məbləğ ödəsin".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, xüsusilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı sığorta şirkətlərindən ödəniş almaq çətindir:  "Bu cür sığorta hadisələri zamanı şirkətlər əlindən gələni edir ki, ya ödəniş etməsin, ya da az məbləğ ödəsin".

Deputat özünün də xeyli müddət əvvəl sığorta şirkətlərindən biri ilə bu cür hal yaşadığını xatırladıb: "Rəhbərliklə danışmaq istədim, telefona bir qız cavab verdi, bilmədim canlıdır, yoxsa robot. İnsanlar tanıyıram ki, o qədər bezdiriblər ki, sığorta ödənişindən imtina ediblər".

R.Nurullayev vurğullayıb ki, Azərbaycanda xeyli sayda sığorta şirkəti olsa da, vətəndaşların bu xidmətdən narazılığı çoxdur.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026