• Bakı 13° C

    11.11 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Deputatdan TƏKLİF: Siyasi partiyaların büdcəsi artırılsın

SİYASƏT

02 Dekabr 2025 | 12:23

Deputatdan TƏKLİF: Siyasi partiyaların büdcəsi artırılsın

"Hər il yerli özünüidarəetmə sistemlərində müəyyən artımlar nəzərdə tutulurdu və dövlət tərəfindən dotasiyalar ayrılırdı. Lakin 2026-cı il üçün yerli özünüidarəetmə sistemlərində əlavə artımlar planlaşdırılmayıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov bildirib.

Deputat qeyd edib ki, yerli özünüidarəetmə sisteminə artımların əlavə olunması faydalı olardı: "Əgər büdcədə müəyyən imkan yaranarsa, artımlar tətbiq oluna bilər ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti daha geniş və əhatəli olsun. Xocavənd rayonu istisna olmaqla, digər rayonlarımız öz gəlirlərini toplamaqla, həmin gəlirlərin artığının 50%-i rayonlarda qalır. Mən hesab edirəm ki, bu göstərici 70%-ə qaldırıla bilər".

O əlavə edib ki, siyasi partiyalar arasında ümumdövlət maraqları çərçivəsində əməkdaşlıq mövcuddur: "Bu baxımdan, siyasi partiyaların büdcəsinin artırılması məqsədəuyğun olardı", - deyə S.Novruzov vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Dekabr 2025