• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Deputatın yeni binalarla bağlı təklifi var

CƏMİYYƏT

05 May 2022 | 17:07 | Müəllif: Qalib İbrahimoğlu

Deputatın yeni binalarla bağlı təklifi var

"Bütün yeni tikilən binalara mərkəzi istilik tələbləri qoyulmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında bildirib.

Deputat qeyd edib ki, hər binada yüzlərlə kombi istilik sistemi var, bu, həm qaz sərfiyyatı, həm xeyli xərc, həm də ekoloji fəlakət deməkdir: “Onun üçün də bütün yeni tikilən binalara mərkəzi istilik tələbləri qoyulmalıdır. Bina evlərində fərdi kombi ləğv edilməlidir".

Deputatın sözlərinə görə, enerji effektivliyinin tətbiq edilməsi, təbii ki, tikinti sahəsində qiymətlərin də bahalaşmasına səbəb olacaq: "Amma bu, mənzilin aylıq xərcində özünü təmamilə doğruldacaq. Onun üçün də enerji effektivliyinə dair tələblər ciddi şəkildə həyata keçirilməlidir”.

Nurullayev bundan sonra tikilən bütün binaların təmirli və standartlara uyğun şəkildə təhvil verilməsini də təkif edib.

"Təmirsiz mənzillərin satışı dayandırılsın" deyən deputat bildirib ki, evlərin təmirli və enerji effevtivliyinin tətbiqi sahəsində potensial bahalaşmasını nəzərə alaraq, iş adamlarının xərclərini azaltmaq üçün yollar araşdırılsın.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026