• Bakı 11° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Dərini gənc saxlayır, qocalmanı gecikdirir

CƏMİYYƏT

12 Noyabr 2024 | 17:55

Dərini gənc saxlayır, qocalmanı gecikdirir

Balqabaq tumunun tərkibi lif, E vitamini, fosfor, sink, dəmir, kalsium, maqnezium və natrium kimi minerallarla zəngindir.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, balqabaq tumu tərkibindəki sink mineralı sayəsində immunitet sisteminin güclənməsinə kömək edir. İmmunitet hüceyrələrinin funksiyasını dəstəkləyərək bədəni infeksiyalara qarşı qoruyur.

Balqabaq tumu bədəninizi xəstəliklərə səbəb olan sərbəst radikallardan qoruyur və antioksidantlarla zəngindir. Beləliklə, bədəndəki iltihabı azaltmağa kömək edir.

Balqabaq tumlarında maqnezium yüksəkdir. Bu da qan şəkərinizi tənzimləməyə kömək edərək diabet riskini azalda bilər.

Balqabaq tumu xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Aparılan tədqiqatlara görə, balqabaq tumunun istehlakı prostat xərçəngi, qadınlarda isə süd vəzi xərçəngi riskini azaldır və müalicəsində mühüm rol oynayır.

Həmçinin balqabaq tumu yuxu üçün də faydalıdır. Maqneziumla zəngin olduğundan yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

Sümük formalaşması üçün vacib bir qidadır. Bundan əlavə, sümük sağlamlığını qoruyan xüsusiyyətlərə malikdir.

Tədqiqatlara görə, balqabaq tumu saç üçün də faydalıdır. Saçları gücləndirir, ipək kimi yumşaq və parlaq edir. Baş dərisinin sağlamlığını qoruyur və saç uzanmasını dəstəkləyir.

Balqabaq toxumu tərkibindəki E vitamini sayəsində dəri sağlamlığını dəstəkləyir. Dərinizi sızanaqlardan təmizləyir, yumşaq və gənc qalmasına töhfə verir.  Antioksidantlarla zəngin quruluşu dərini sərbəst radikallardan qorumağa kömək edə bilər. Yaşlanmanın təsirlərini gecikdirir.

Balqabaq tumları liflə zəngin olduğu üçün həzm sisteminin sağlamlığı üçün də faydalıdır. Tərkibindəki lif sayəsində qəbizlik kimi həzm problemlərini aradan qaldırır.

Balqabaq tumu tərkibindəki sağlam yağlar, antioksidantlar və maqnezium sayəsində ürək sağlamlığını dəstəkləyir. Xolesterol səviyyələrini tarazlaşdırmağa və damar sağlamlığını qorumağa kömək edir.

Balqabaq tumunun tərkibindəki yağlar maddələr mübadiləsinin düzgün işləməsini və hormon balansının saxlanmasını təmin edir, eyni zamanda uzun müddət tox saxlayır. Bundan əlavə, digər çərəzlərə  nisbətən daha az kalori ehtiva etsə də, qədərindən çox istehlak edildikdə, həddindən artıq kalori qəbuluna səbəb ola bilər.


SON XƏBƏRLƏR

13 Noyabr 2024