q
  • Bakı 22° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

"Dərnəgül" dəmir yolu dayanacağı istifadəyə verildi - FOTO

CƏMİYYƏT

08 May 2026 | 08:53

Dərnəgül dəmir yolu dayanacağı istifadəyə verildi - FOTO

Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağı istifadəyə verilib.

Bakıvaxtış.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bu gün səhər saatlarından artıq stansiyada qatarlar dayanır.

Məlumata görə, "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlərin icrası üçün müvafiq iş görülür, sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək istiqamətində növbəti addım olaraq bu stansiyada işlər yekunlaşdırılıb.


SON XƏBƏRLƏR

07 May 2026