• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Lənkəranın üç kəndində işıq kəsiləcək

CƏMİYYƏT

08 May 2026 | 09:05 | Müəllif: Əli Hüseynov

Lənkəranın üç kəndində işıq kəsiləcək

Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərİşıq" ASC məlumat yayıb.

Bildirilib ki, buna səbəb mayın 8-də Lənkəran Elektrik Şəbəkəsinin ərazisində 10 kV-luq "Separadi" və "Sinovli" hava xətlərində aparılacaq təmir işləridir.

Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Separadi kəndində, saat 13:00-dan 15:30-dək isə Sinovli və Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"İşlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək", - məlumatda deyilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026