“Təhsil eksperti ən azı 15 il təhsil sahəsində fəaliyyət göstərən peşəkar şəxsdir. Mediada təhsil eksperti kimi təqdim olunan şəxslərin tərcümeyi-halına baxmaq lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, DİM təhsil ekspertlərilə müqavilə bağlayıb onlarla əməkdaşlıq etmək istəyib: “Biz imtahanların məzmununa aid təhsil ekspertlərilə elmi müzakirə aparıb, onların bu sahəyə töhfə verməsini istəyirdik. Amma gözləntilərimiz öz təsdiqini tapmadı".
DİM-ə 350 müraciət daxil olduğunu deyən M.Abbaszadə bildirib ki, amma gözləntilər daha çox olub: "Biz təhsilin hər sahəsində ekspert qıtlığı müşahidə edirik”.
Ramid İbrahimov
















