• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN-dən İsmayıllıda qadının döyülməsi ilə bağlı AÇIQLAMA

HADİSƏ

29 Oktyabr 2021 | 00:51

DİN-dən İsmayıllıda qadının döyülməsi ilə bağlı AÇIQLAMA

Vəkil Rövşanə Rəhimli İsmayıllıda bir qadının uzun müddətdir qaynı tərəfindən doyüldüyü və ölümlə hədələndiyi ilə bağlı məlumat paylaşıb. O qeyd edib ki, məsələ ilə bağlı Polis Şöbəsinə müraciət olunub.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, bu gün 15:40 radələrində DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən İsmayıllı rayon sakini X.M. qohumu İ.Mahmudov  tərəfindən döyüldüyünü bildirib:

“Daxil olmuş müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qadının ərizəsi alınıb.

Məsələ ilə əlaqədar hazırda İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır və X.M.-nin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin olunub .

Araşdırmanın və təyin edilən ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026