• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

DİN-dən pirotexniki vasitə satanlara XƏBƏRDARLIQ

HADİSƏ

27 Dekabr 2021 | 15:44 | Müəllif: Qalib İbrahimoğlu

DİN-dən pirotexniki vasitə satanlara XƏBƏRDARLIQ

Azərbaycanda partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin istifadəsi və satışının qadağan olunmasına baxmayaraq, hər il olduğu kimi, bu il də bayramqabağı satışına rast gəlirik. Hüquq-mühafizə orqanları hər gün pirotexniki vasitələr satanları saxlasa da, bunun qarşısını hələ tam almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, “Mülki Dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli Fərmanına əsasən pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırımış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə FHN tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir. Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilir.

Elşad Hacıyev

Onun sözlərinə görə, qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur: “Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər”.

 Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026