• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəbələdəki insidentlə bağlı polis əməkdaşı işdən ÇIXARILDI - YENİLƏNİB

CƏMİYYƏT

03 Dekabr 2023 | 21:26 | Müəllif: Subhan Mahmudov

Qəbələdəki insidentlə bağlı polis əməkdaşı işdən ÇIXARILDI - YENİLƏNİB

Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, o saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

 

20:05

Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşının yeniyetmə oğlanı döydüyü görünür.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimovun sözlərinə görə, polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır:

"Hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026