• Bakı 11° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8342

    RUB - 0.0175

DİN-dən "Son zəng"lə bağlı ÇAĞIRIŞ: Ciddi tədbirlər görüləcək

CƏMİYYƏT

11 Iyun 2024 | 11:35

DİN-dən Son zənglə bağlı ÇAĞIRIŞ: Ciddi tədbirlər görüləcək

İyunun 14-də bütün respublika ümumi təhsil müəssisələrində “Son zəng” mərasimləri keçiriləcək. Məlum olduğu kimi, ictimai asayişin qorunması irimiqyaslı tədbirlərin keçirildiyi günlərdə ən vacib məsələlərdən biridir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı tədbirlər planı aidiyyəti qurumlar tərəfindən hazırlanıb.

DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev Bakıvaxtı.az-a bildirib ki, respublikamızda “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub. 

DİN məzunları əlamətdar gün münasibətilə təbrik edərək onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırıb:

“Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər”. 

Həmçinin bildirilib ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək.

Günel Abbas


SON XƏBƏRLƏR