• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN-dən texniki baxışla əlaqədar sürücülərə xəbərdarlıq

CƏMİYYƏT

22 Mart 2022 | 11:07 | Müəllif: Subhan Mahmudov

DİN-dən texniki baxışla əlaqədar sürücülərə xəbərdarlıq

"Bayram günləri olmasına baxmayaraq Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzləri fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir. Bununla bağlı sürücülərə müraciət edilərək bildirilir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər".

Bu barədə Bakıvaxtı.az-a DİN-dən məlumat verilib.

Qeyd olunub ki, texniki baxış üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər: "Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.

Sürücülərdən Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyyə olunur. Bununla bağlı Texniki Müayinə Mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəklər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər. Bəzi hallarda sürücülər texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Amma hər bir nəqliyyat vasitəsinin sahibi və sürücüsü bilməlidir ki, bu cür faktlar tez bir zamanda aşkar edilir.

Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40 nömrəli qaynar xəttlə də əlaqə saxlaya bilərlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026