• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

“Ağıllı linza”lar istehsal ediləcək

CƏMİYYƏT

21 Aprel 2022 | 01:38 | Müəllif: Qalib İbrahimoğlu

“Ağıllı linza”lar istehsal ediləcək

Hindistanın “PhoneArena” nəşrinin məlumatına görə, ağıllı linzalar gələcəkdə “Google”, “Samsung”, “Sony” və perspektivli startaplar tərəfindən hazırlanacaq.

Bakıvaxtı.az xarici saytlara istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, “ağıllı linza”lar 2040-cı ildə istehsal ediləcək.

Onların köməyi ilə insanlar tibbi göstəricilər haqqında məlumat ala və toplaya biləcəklər (azertac). Beləliklə, ekspertlər “ağıllı linza”ların bazara çıxmasının təxmini vaxtının 20 ildən tez baş verməyəcəyinə inanırlar.

Ümumilikdə isə “Google”, “Samsung” və “Sony”nin ağıllı optika bazarında əsas oyunçular olacağı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR