• Bakı 22° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Qarabağda minalar ən çox harada yerləşdirilib? - AÇIQLAMA

CƏMİYYƏT

21 Aprel 2022 | 10:33

Qarabağda minalar ən çox harada yerləşdirilib? - AÇIQLAMA

“İşğalçı dövlət tərəfindən Qarabağda və Şərqi Zəngəzurda minaları və partlayıdıcı qurğular ən çox memarlıq və arxeloji abidələrin, həmçinin məscidlərin və Azərbaycana məxsus kilsələrin yaxınlığında yerləşdirilib. Müvafiq dövlət qurumunun dəstəyi nəticəsində həmin ərazilərdən minalar təmizlənir və Azərbaycanın milli mədəni irsi olan həmin abidələrə baxış keçirilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib.

O qeyd edib ki, işağldan azad edilmiş abidələrin monitorinqi keçirilir və abidələr katoloqlaşdırılır: “İşğaldan azad edilmiş ərazilərdə yerli və dünya əhəmiyyətli tarixi abidələr var. Həmin abidələrin tarixi dəyişdirilməyə, erməniləşdirilməyə çalışılıb”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR