• Bakı 28° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

DİN həmin görüntülərlə bağlı araşdırmaya başladı

CƏMİYYƏT

26 Avqust 2025 | 09:18

DİN həmin görüntülərlə bağlı araşdırmaya başladı

Sosial şəbəkələrdə iki yeniyetmə arasında baş vermiş insidentin – birinin digərini bulinqə məruz qoymasını əks etdirən görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Tədbirlərlə hadisədə iştirak edən yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək valideyni ilə birlikdə polis orqanına dəvət olunub və izahatları alınıb.

Hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.


SON XƏBƏRLƏR

25 Avqust 2025