• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda məşhur şirkətdən daha bir gecə QALMAQALI - VİDEO

CƏMİYYƏT

24 Sentyabr 2025 | 23:35 | Müəllif: Subhan Mahmudov

Bakıda məşhur şirkətdən daha bir gecə QALMAQALI - VİDEO

Gecə saatları olmasına baxmayaraq, “Avant Group” MTK Bakıda qazıntı işləri aparaq sakinlərin rahatlığını pozur.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı görüntüləri teleaparıcı Nigar Sabirqızı feysbuk hesabında paylaşıb.

O, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib.

Qeyd edək ki, “Avant Group” bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma nəticəsində fakt təsdiqini tapmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026