• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

DİQQƏT: Bu ərazilərdə qaz OLMAYACAQ

CƏMİYYƏT

30 Iyul 2024 | 20:53 | Müəllif: Subhan Mahmudov

DİQQƏT: Bu ərazilərdə qaz OLMAYACAQ

Sabah Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Lökbatan" QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31 iyul 2024-cü il tarixində saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

İşlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026