• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Rusiyanın biznes missiyası sentyabrın sonunda Bakıya gələcək

CƏMİYYƏT

29 Avqust 2024 | 17:07

Rusiyanın biznes missiyası sentyabrın sonunda Bakıya gələcək

Rusiya Federasiyasının Kənd Təsərrüfatı Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzi (“Aqroeksport”) gələn ayın sonunda Azərbaycana biznes missiya təşkil edəcək.

Bakıvaxtı.az bu barədə "Aqroeksport"a istinadən xəbər verir.

İşgüzar missiyanın Bakıya səfəri sentyabrın 24-26-na nəzərdə tutulub.

Nümayəndə heyətində Azərbaycana kənd təsərrüfatı məhsulları ixrac edən Rusiya şirkətləri təmsil olunacaq.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Bu dövrdə Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Rusiyaya əsasən meyvə-tərəvəz, meyvə şirələri, ilkin formalı propilen sopolimerləri və digər məhsullar tədarük edilib.

7 ayda Azərbaycanla Rusiya arasında ümumi ticarət dövriyyəsi, ölkənin ticarət dövriyyəsinin 9,6 %-nə bərabər olub.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024