• Bakı 23° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİB

FORMULA 1

14 Sentyabr 2024 | 13:55

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİB

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, "McLaren"dən Lando Norris üçüncüdür.

Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə Şarl Lekler fərqləniblər.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

***

12:36

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mübarizəyə saat 12:30-da start verilib.

Ötən gün ilk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcələri pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.


SON XƏBƏRLƏR