• Bakı 20° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Şəmkirdə qanunsuz tikili sökülüb - VİDEO

CƏMİYYƏT

14 Sentyabr 2024 | 13:44

Şəmkirdə qanunsuz tikili sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-nin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonun “Kraz yolu” adlanan ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


SON XƏBƏRLƏR

12 Sentyabr 2025