• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

KİŞİLƏRİN NƏZƏRİNƏ: İsti hava sonsuzluq yaradır

CƏMİYYƏT

25 Avqust 2023 | 11:39

KİŞİLƏRİN NƏZƏRİNƏ: İsti hava sonsuzluq yaradır

Bir çox ölkədə tüğyan edən istilərin qan təzyiqindən tutmuş beyin qanamasına qədər sağlamlıq üçün yarada biləcəyi risklərə yenisi əlavə olunub.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, belə ki, isti havaların kişilərdə sonsuzluğa səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Daxili Xəstəliklər və Fitoterapiya mütəxəssisi Dr. Ertan Cevizci bildirib ki, isti hava şəraiti sperma istehsalına təsir edə bilər. Onun sözlərinə görə, nəticədə sperma keyfiyyəti və miqdarı pisləşir. İsti havalarda sperma sağlamlığının qorunması vacibdir.

Həkim deyib ki, kişilər həddindən artıq istilərin yaratdığı riskləri minimuma endirmək üçün dar alt paltarları yerinə rahat, pambıq alt paltarlarına və boş şalvarlara üstünlük verməlidirlər: "Məsələn, dar cins şalvar geyinməməlidirlər. Yetərli su istehlakı bədən istiliyini tarazlıqda saxlayaraq sperma sağlamlığına müsbət təsir edir. Gündəlik su tələbatının ödənilməsi vacibdir”.

Uzmanın sözlərinə görə, isti suya uzun müddət məruz qalmaq olmaz: “Balanslaşdırılmış və sağlam qidalanma ümumi sağlamlığı yaxşılaşdırmaqla birlikdə sperma keyfiyyətini də yaxşılaşdıra bilər. Daimi məşq ümumi sağlamlığı dəstəkləyərək sperma istehsalına müsbət təsir göstərir. Kişilərin sperma sağlamlığını qorumaq üçün mütləq bu tövsiyələrə diqqət yetirməsi lazımdır. Onların həkimə müraciət etməsi də vacibdir".

"İsti hava şəraitinin az sperma riskini artıra biləcəyinin fərqində olmaq və sağlam həyat tərzi seçimi ilə bu riski minimuma endirmək mümkündür”, - deyə Ertan Cevizci vurğulayıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026