Müasir dövrün əsas problemlərində biri də kilodur. Bəziləri artıq çəkidən əziyyət çəkib, müxtəlif arıqlama üsullarına müraciət etdiyi halda əksəriyyət çəki azlığından şikayətlənir. "Yeyirəm-yeyirəm kökəlmirəm" ifadəsi də elə burdan qaynaqlanıb. Bəs, görəsən bunun səbəbi nədir? Niyə yediyimiz qidalar çəki artırmır?
Dietoloq Ləman Süleymanova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hər bir insan orqanizmi individualdır. Sağlam bədənə, vücuda sahib olan insan, ilk növbədə düzgün qidalanmalıdır. Qidada olan bütün vacib maddələr makro və mikro elementləri qəbul etməlidir: "Vitamin balansı da yüksək səviyyədə olmalıdır ki, immun sistemi yüksək faza ilə çalışsın. Ətraf mühitin infeksiyasına qarşı dözümlü olaq, zehni qabiliyyətiniz mükəmməl olsun, hormonların sürət mexanizmi aktiv çalışsın və s".
Dietoloqun sözlərinə görə, insan var ki, düzgün qidalanmır, nəticədə artıq çəki problemindən əziyyət çəkir. İllərlə mübarizə aparsa da bir xeyirini görmür. İnsan da var düzgün qidalanmır və çox yeyir. Ancaq bədən indeksi normadan azdır. Yəni, arıqdır.
"Bunu biz kaderqoriyalara bölə bilərik. Birinci növ kateqoriyaya genetik olaraq nəsillikcə normativdən aşağı bədən indeksidir. Bu insanlar arıq hesab edilir. İnsan var, deyir o qədər yemək yeyirəm ki, kökələ bilmirəm. Hətta bəziləri deyir ki, axşamlar da yeyirəm, ancaq çəkim artmır. Lakin əksər pasientlər də özlərini xoşbəxt hiss edirlər ki, yeyirəm-yeyirəm kökəlmirəm.
Ancaq biz həmin şəxsləri də müayinə edən zaman şahidi oluruq ki, arıq olsa belə, qaraciyərdə piylənməsi var, xolesterol aktivdir, qanda şəkəri var",- deyə L.Süleymanova qeyd edib.
Müsahibimiz xüsusuilə vurğulayıb ki, arıq insanlar yeyib kökəlməsələr belə yoxlanış zamanı daxili orqanlarında gedən piylənmə özünü büruzə verir. Dietoloq qeyd edib ki, digər kateqoriyada olan insanlar var ki, arıqdırlar. Ancaq daxilində heç bir problem yoxdur: "Sadəcə genetik olaraq bədən indeksi aşağıdır. Əslində bu insanlar sağlamdırlar, immunitetləri normal səviyyədədir. İştahları yaxşı olur. Sadəcə olaraq belə insanlar bəzən olur ki, 35 yaşına qədər arıq olurlar. Bundan sonra bədən kimyası yenilənir və müəyyən kilo artımı müşahidə edilir. Məsələn, bədən indeksi normadan çox aşağı olan xanımlarda 40 yaşına qədər arıq olsalar da sonradan metobilizm zəifləyir və kilo artımı baş verir. Genetik arıq olan insanlar ailə həyatı qurub, uşaq dünyaya gətirdikdən sonra müəyyən qədər çəki artımı ilə rastlaşa bilər".

Ləman Süleymanova, dietoloq
Onun fikrincə, digər kateqoriyalı insanlar isə müxtəlif xəstəliklərdən sonra kilo ala bilməyənlərdir. Onlar adətən ya böyük stress yaşayırlar, yaxud hansısa ağır xəstəlikdə müalicə aldıqlarından arıqlayırlar: “Zaman-zaman yenidən həmin kiloları qaytarmaq çətin olur. Həmçinin arıqladıcı dərman pereparatlarından da istifadə edənlərdə bədən ölçülərini dəyişir. Belə insanlara mütləq həkim müayinəsi və müalicəsi lazmdır”.
L.Süleymanova qeyd edib ki, düzgün qidalanmamaq, yalançı marafonlara qoşulmaq, zəhərli dərmanlardan istifadə etmək bədəndən piyi yox, lazım olan mineral vitaminləri parçalayır. Nəticədə bədən ölçülərində kəskin dəyişiklik müşahidə edilir: “Lakin bu da zamanla öz fəsadlarını göstərir. Çünki bu, yalançı arıqlama üsuludur. Vitaminlər bədəndən xaric edilir qarşılığında sağlamlığa zərər vurmuş olurlar.
Bu yolla arıqlayan, yaxud genetik olaraq arıq olan insanlara müxtəlif həkim müdaxiləsi edilməli, düzgün qida rasionu tərtib edilməlidir ki, çəki artsın. Bundan öncə isə analizlər verilir, müayinə olunur, arıqlığın əsl səbəbi müəyyənləşdirilir və prosesə uyğun müalicə ediərək çəki artırmaq olar".
Qeyd edək ki, bağırsağında qurd növləri aşkarlanan pasientlərdə həmin parazitlər bağırsağa zəhərli toksinlər ifraz edir. Nəticədə orqanizmin imuniteti azalır, bədən indeksi normadan aşağı düşür, çəki gündən-günə düşür. Belə halda çəki təcili artmalıdır ki, orqanizm ətraf mühitin infeksiyasından özünü qorusun.
Xəyalə Rza



jpg-1698915137.webp)



jpg-1698914202.webp)
jpg-1698914024.webp)







