Məktəb direktoru 6 yaşlı qıza təcavüz edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Hindistanın Rajasthan rayonunda qeydə alınıb. Belə ki, məlumata görə, 6 yaşlı qıza təcavüz etdiyi iddia edilən direktor Rameş Çandra Katara həbs olunub.
R.Kataranın nəzarətə alınandan sonra polisə verdiyi açıqlamalar hər kəsi şoka salıb. Məktəb direktoru cinsi məzmunlu film izlədikdən sonra azyaşlı qıza təcavüz etdiyini etiraf edib.
Araşdırma zamanı direktorun bir neçə dəfə başqa azyaşlı qızlara da təcavüz etdiyi məlum olub.
Xəyalə Rza
















