• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rusiya Türkiyəyə təyyarə göndərdi

DÜNYA

18 Iyul 2023 | 23:54 | Müəllif: Subhan Mahmudov

Rusiya Türkiyəyə təyyarə göndərdi

Rusiya Türkiyədəki meşə yanğınları ilə mübarizədə bu ölkəyə iki amfibya təyyarəsi göndərib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, artıq amfibiya təyyarələri Türkiyəyə uçub.

"Rusiya Federasiyası Prezidentinin göstərişi və Türkiyə tərəfinin müraciətinə uyğun olaraq, Rusiyanın Fövqəladə Hallar İdarəsinin iki amfibiya təyyarəsi Rostov-na-Donudakı Platov hava limanından Muğla və İzmir şəhərlərinə uçdu. Türkiyə Respublikası iri meşə yanğınlarının söndürülməsi ilə mübarizə aparır", - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR