• Bakı 27° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Direktorun ad günü üçün yığılan pullar geri qaytarıldı

CƏMİYYƏT

16 Dekabr 2022 | 18:11 | Müəllif: Subhan Mahmudov

Direktorun ad günü üçün yığılan pullar geri qaytarıldı

Paytaxtdakı Texniki-humanitar liseydə direktorun ad günü münasibətilə pul yığılması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb.

İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, "8F" sinfində oxuyan şagirdlərdən birinin valideyni sinfin digər valideynlərinə məktəb direktoruna gül buketi almaq üçün pul yığılmasını təklif edib.

"Təklifi qəbul edən bir neçə valideyn kart vasitəsilə 5 manat pulu könüllü olaraq ödəyiblər.

Araşdırma nəticəsində pul yığımının qarşısı alınıb və toplanmış vəsaitlər geri qaytarılıb. Digər siniflərdə analoji hallar müəyyən edilməyib”, - deyə BŞTİ-dən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026