• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Doğum gününü oyunda qeyd etdi

İDMAN

15 Fevral 2022 | 00:43 | Müəllif: Qalib İbrahimoğlu

Doğum gününü oyunda qeyd etdi

"Brentford"un yeni transferi Kristian Eriksen komandanın heyətində ilk oyununu keçirib. 

Bakıvaxtı.az "Sky Sports"a istinadən xəbər verir ki, Danimarka millisinin üzvü "Sauthend Yunayted"lə yoxlama görüşündə (3:2) 60 dəqiqə meydanda olub. Bu gün 30 yaşını qeyd edən futbolçu 1 qolun ötürməsini də verib.

Avro-2020-nin qrup mərhələsində, iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu (fanat.az). Həmin olayın ardından ürəyinə süni impuls cihazı (kardioverter-defibrillyator) yerləşdirilən Kristian Milan "İnter"indən ayrılmaq məcburiyyətində qalmışdı. Bir müddət öncə "Brentford"la anlaşan skandinaviyalı futbolçu başına gələn hadisədən sonra ilk dəfə meydana çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR