• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Dolların məzənnəsi ilə bağlı mühüm xəbər

İQTİSADİYYAT

05 Noyabr 2024 | 09:57

Dolların məzənnəsi ilə bağlı mühüm xəbər

ABŞ-də qarşıdan gələn prezident seçkisində Donald Trampın mümkün qələbəsi dolların möhkəmlənməsinə, eyni zamanda vergilərin azaldılması və idxal xərclərinin artması ABŞ-də inflyasiyanın yüksəlməsinə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, belə proqnozlar maliyyə məsləhətləşmələri üzrə ixtisaslaşmış "Ebury" şirkətinin iqtisadi təhlilində yer alıb.

Hesablamalara görə, D.Trampın seçilməsi ilə iqtisadi artım qısa müddətdə daha yüksək ola bilər, lakin uzunmüddətli perspektivdə bu, xarici siyasət amilləri fonunda qeyri-müəyyəndir.

Kamala Harrisin seçilməsi, şirkətin hesablamalarına görə, müəyyən status-kvonu saxlamağa imkan verəcək. Bunun fonunda zəif valyutalar güclənəcək, ABŞ dolları isə zəifləyəcək.

Şirkətin analitikləri bildirirlər ki, seçkinin nəticəsi Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin kimi həlledici ştatlarda müəyyənləşəcək. Qeyd olunur ki, hazırda D.Trampən onlardan altısında, K.Harrisin isə birində üstünlüyü var.Oxu.az


SON XƏBƏRLƏR

26 Dekabr 2024