Sağlam qidalanma vərdişlərinin və ağır pəhrizlərin geniş yayıldığı müasir dünyada alternativ təkliflər ortaya çıxır. Lakin bu üsullardan ən maraqlısı dondurma yeyərkən arıqlamağa imkan verən pəhrizdir.
Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, ekspertlər uzun araşdırmadan sonra bu nəticəyə gəliblər.
Bu maraqlı ideyanın sahibi Prof. Dr. Pietro Migliacciodur.
Verilən məlumata görə, mütəxəssisin nəzəriyyəsi gündə 1200 kalori qəbul etməyiniz, dondurma yeyərək arıqlamağa imkan verən proqramı qurmağınızdır.
Arıqlamağın bu üsulu yemək zamanı dondurma yeməyə imkan vermir. Ancaq bunun əvəzinə günün bir yeməyini dondurma ilə əvəz etməyə imkan verir.
Dondurma pəhrizində siz hər gün nahar etmək əvəzinə bir dondurma yeyirsiniz və bu dondurma sizin naharınıza çevrilir. Bunun nə qədər məntiqli olması sizə bağlı olsa da, bu yolla həm şirin istəklərinizi basdıra, həm də isti yay aylarında xoş yeməklər yeyə bilərsiniz. Eyni zamanda arıqlamağa da cəhd edə bilərsiniz.
Xəyalə Rza
















