Dekabrın 7-də saat 09:36 radələrində Ağcabədi rayonunda baş vermiş partlayış zamanı xəsarət alan 1991-ci il və 1999-cu il təvəllüdlü 2 nəfər ( kişi cinsli) təcili tibbi yardım vasitəsilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, onlara üz nahiyyəsinin, gövdənin və yuxarı aşağı ətrafın II-III dərəcəli termiki yanığı və üz nahiyyəsinin, sol və sağ əlin I-II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
***
14:29
Məlumat verildiyi kimi, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, hadisə ilə əlaqədar olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı, partlayışın ilkin ehtimala görə dönərxananın yaxınlığından keçən yeraltı qaz kəmərindən obyektə qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
11:32
Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.