Dörd nəfər keçmiş hakim vəkil kimi fəaliyyət göstərəcək.
Bakıvaxtı.az xəbər verir ki, 4 keçmiş hakim Vəkillər Kollegiyasına üzv qəbul olunub.
Onlar Əmir Bayramov, Kəmalə Əmirxanova, Məhəmməd Bağırov və Nofəl Mustafayevdir.
Bayramov Əmir Novruz oğlu 2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. Əmir Bayramov 2000-2007-ci illərdə Bakı Hərbi Məhkəməsinin hakimi olub. Yaş həddi ilə bağlı təqaüdə çıxıb.
Əmirxanova Kəmala Fərman qızı Nərimanov Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Bağırov Məhəmməd Abduləli oğlu Füzuli Rayon Məhkəməsinin hakimi və sədri olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Mustafayev Nofəl Qara oğlu Tovuz Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Qeyd edək ki, onlar bu gün vəkil andı içərək fəaliyyətə bağlayacaqlar.


jpg-1683786352.webp)



jpg-1683784614.webp)






jpg-1683781095.webp)

