İki doza vaksin vurdurmuş şəxslərə “buster” dozanın da vurulması məsləhət görülür.
Bakıvaxtı.az-ın məlumatına görə, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet sertifikatı” əldə etmiş vətəndaş 6-cı aydan başlayaraq sertifikatın qüvvədəolma tarixi bitdikdən sonra yalnız 56 gün müddətində “buster” doza vurdura bilər.
Bəzi vətəndaşlar hətta 4-cü doza vaksin vurdurub. Ümumiyyətlə, 4-cü doza vaksinə ehtiyac varmı?
Həkim-infeksionist Nicat Əzimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, vaksinasiyada yetərli immunitet alınması üçün 2 doza + 1 buster doza kafidir. Onun sözlərinə görə, lakin Azərbaycanda da geniş tətbiq olunan vaksinlərdən “Sinovac” effekti aşağı olduğundan, (xüsusilə son variantlarda) hətta 4-cü dəfə vaksinlənməyə də ehtiyac ola bilər.
N.Əzimli onu da deyib ki, bu, xüsusilə koronavirusun “omikron” variantına qarşı önəmlidir.
Aytac Aslan
















