• Bakı 26° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Dördüncü zəvvar qrupu sabah Həcc ziyarətinə yola düşür

CƏMİYYƏT

27 May 2025 | 09:02

Dördüncü zəvvar qrupu sabah Həcc ziyarətinə yola düşür

Azərbaycandan Həcc ziyarətinə gedən dördüncü zəvvar təyyarəsi sabah, mayın 28-də yola düşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

    Onun sözlərinə görə, hər təyyarədə 4 qrup olacaq. Qrupların hər biri 45 nəfərdən ibarətdir.

    V. Cahangiri bildirib ki, zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq.

    Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.


    SON XƏBƏRLƏR

    28 May 2025