• Bakı 19° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Dostunu öldürüb yeyən qatil vəfat etdi

DÜNYA

02 Dekabr 2022 | 18:52

Dostunu öldürüb yeyən qatil vəfat etdi

Fransanın paytaxtı Parisdə 1981-ci ildə Rene Hartevelti öldürən və onun cəsədini yeyən “Kobe Cannibal” ləqəbli yapon qatili İssei Saqavanın 73 yaşında pnevmoniyadan vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 1949-cu ildə Yaponiyanın Kobe şəhərində varlı bir ailədə dünyaya gələn Saqava 28 yaşında ədəbiyyat üzrə doktorantura təhsili almaq üçün Fransaya gedib.

11 iyun 1981-ci ildə Sorbonnadan olan sinif yoldaşı Renee Harteveltlə şeirləri tərcümə etmək bəhanəsi ilə tanış olub. Onu nahara dəvət etdikdən sonra tüfənglə güllələyərək öldürüb.

Məlum olub ki, qurbanın meyitini zorlayan Saqava daha sonra bədənin bəzi hissələrini yeyib. Özünü zəif, çirkin və kiçik kimi xarakterizə edən Saqava Harteveltin həyat enerjisini yeməklə mənimsəmək istədiyini iddia edib.

Cinayət lisenziyası olmadığı səbəbilə Fransada mühakimə oluna bilməyən Saqava daha sonra Yaponiyaya gətirilərək xəstəxanaya yerləşdirilib. Fransada iş materialları bağlandığı üçün ölkəsində mühakimə oluna bilməyən Saqavanın sağlam olduğu qənaətinə gələn həkimlər qətli törətməkdə yeganə motivasiyasının onun cinsi pozğunluq olduğunu açıqlayıblar.

12 avqust 1986-cı ildə xəstəxanadan çıxdıqdan sonra Saqavanın normal həyatına qayıtması böyük müzakirələrə səbəb olub. Buna baxmayaraq, qətli kitablara və filmlərə mövzu olan Saqava məşhur mədəniyyət simvoluna çevrilib.

Saqava 1986-1997-ci illər arasında proqramlarda tez-tez qonaq məruzəçi və şərhçi olub, kitablar çıxarıb, jurnallara şərhlər yazıb.

Reaksiyalara görə illər keçdikcə populyarlığını itirən və 2013-cü ildə sinir sistemini daimi zədələyən beyin xəstəliyinə görə xəstəxanaya yerləşdirilən Saqavanın qayğısına o vaxtdan bəri qardaşı qalır.

Aytac Aslan


SON XƏBƏRLƏR

19 Aprel 2024