• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Hindistan və Pakistan arasında mühüm mübadilə

DÜNYA

01 Yanvar 2023 | 14:38 | Müəllif: Subhan Mahmudov

Hindistan və Pakistan arasında mühüm mübadilə

Hindistan və Pakistan iki ölkənin nüvə obyektlərinin siyahılarını, habelə qonşu ölkənin həbsdə olan vətəndaşlarının siyahılarını mübadilə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Siyahıların ötürülməsi diplomatik kanallar vasitəsilə eyni vaxtda iki qonşu dövlətin paytaxtında həyata keçirilib.

Mübadilə bu cür obyektlərə hücumların qarşısının alınmasına dair 1988-ci il müqaviləsinə uyğun olaraq baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026