• Bakı 21° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Bizi zəncirləmək, qandallamaq heç bir əxlaqsızın həddi deyil" - Baxçalı

DÜNYA

31 Yanvar 2023 | 13:21

Bizi zəncirləmək, qandallamaq heç bir əxlaqsızın həddi deyil - Baxçalı

"Bəziləri bizi həzm edə bilmir, tanıya bilmir. Biz tuta bilməyəcəyimiz vədlər vermədik".

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında deyib.

Onun sözlərinə görə, qarşıya çıxan maneələri aşaraq irəliləmkdə davam edəcəklər: "Bizi quyuya atdılar, vaxtı gələndə Yusif olduq. İnanırdıq ki, gün gələcək, bulanıq axan sular dayanacaq. Biz haqqımızı sona qədər müdafiə edəcəyik. Milli ləyaqətimizi və namusumuzu tapdalamayacağıq. İradə bizim tərəfimizdədir, müstəqillik bizim tərəfimizdədir, gələcək bizim tərəfimizdədir. Külək gözləyən bayraq bizim tərəfdə, türk gəncliyi bizim tərəfdə. Milliyyətçi Hərəkat Partiyasını zəncirləmək, bağlamaq, qandallamaq heç bir əxlaqsızın vəzifəsi və həddi deyil".

MHP sədri deyib ki, türk milləti gizləndiyi yerdən daş atanların yaxasını tutacaq: "Milliyyətçi Hərəkat Partiyası milli dəyərləri olmayan heç bir hərəkatı qəbul etməyəcək. Zəhər yayanları, rüsvayçılıq edənləri izləyirik. Qondarma jurnalistləri, ölkədən qaçan əclafları, FETÖ xainlərini rüsvay etmək üçün millətimizin mərdliyi ilə gözləyirik. Müsəlman türk milləti imperializmin piyadalarına təşəkkür etməyəcək. Davamımızın qalaları oxlarla yağarkən, fit çalan müdrikləri unutmayacağıq".

Murad Məmmədli


SON XƏBƏRLƏR

19 Aprel 2024