• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dövlət Agentliyinə məxsus avadanlıqlar oğurlandı

HADİSƏ

15 Iyun 2022 | 11:49 | Müəllif: Subhan Mahmudov

Dövlət Agentliyinə məxsus avadanlıqlar oğurlandı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları oğurlayan şəxs saxlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İyunun 14-də saat 10 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsində yolların mühafizə zolağında istifadə olunan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları qanunsuz olaraq əldə edib idarə etdiyi “KamAZ” markalı avtomobilə yükləyən Sumqayıt şəhər sakini A.Alışov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026