• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət Bağçalı İlham Əliyevə zəng etdi

CƏMİYYƏT

08 Fevral 2024 | 17:55

Dövlət Bağçalı İlham Əliyevə zəng etdi

Fevralın 8-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Bağçalı İlham Əliyevə prezident seçkilərində qazandığı qələbə münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbənin və suverenliyimizin tam təmin bərpa olunmasının önəmini bir daha vurğulayıb.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf edəcəyi vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026