• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət büdcəsindəki artıq qalan pul xərclənməlidir - Deputat

SİYASƏT

17 Noyabr 2021 | 11:56

Dövlət büdcəsindəki artıq qalan pul xərclənməlidir - Deputat

"Hesab edirəm ki, dövlət büdcəsində qalan artıq pul xərclənməlidir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə
həsr olunmuş plenar iclasında deyib. 

"Şəhid ailələri və qazilərlə bağlı bir sıra problemlərimiz var. Əlilliyin təyinatı məsələsində kəskin azalmalar baş verir. 

Pensiya yaşı ilə bağlı qanunda dəyişiklik etdik. Bu da dövlət büdcəsinə xeyli dəstək verdi. Biz müavinətlərə mütləq baxmalıyıq. Uşaq pulunu artırdıqda deyirlər ki, dövlət büdcəsindən artıq pul xərclənir. Hesab edirəm ki, dövlət büdcəsində qalan artıq pul xərclənməlidir.

Qeyd edim ki, özəl pensiya fondu yaradılmalıdır".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026