“Dövlət müstəqilliyi dövründə dövlət müəssisələrinin bazasında 1.567 açıq səhmdar cəmiyyəti (ASC) yaradılıb, onlardan 1.465 səhmdar cımiyyətinin səhmləri tam özəlləşdirilib”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Elnur Rzayev bildirib.
O qeyd edib ki, 102 ASC-dən 27-nin nəzarət səhm zərfində yuxarı hissəsi, 75-nin isə pul hərraclarında satılmalı olan 30 faizlik səhm zərfləri hələ ki, dövlətdə qalır: “50 minə yaxın kiçik müəssisə və obyekt qeyri-yaşayış sahəsi və yarımçıq tikili özəlləşdirilib. 8.503 müəssisə və obyektin altında yerləşən 6.278,7 ha torpaq sahəsi özəlləşdirilib. Özəlləşdirmədən dövlət büdcəsinə 1,1 milyard manatdan artıq məbləğdə vəsait daxil olub”.
Ramid İbrahimov















