Dənizkənarı Bulvar İdarəsi Azərbaycan dilinin orfoqrafiya qaydalarını pozub.
Bakıvaxtı.az xəbər verir ki, dənizkənarı parkın ərazisində Səbail qalası haqqında olan məlumat lövhəsində orfoqrafiya səhvləri hər kəsin diqqətini cəlb edir.
Lövhdə “i” hərfi “ı”, “ö” hərfi “o”, “ü” hərfi “u”, “ğ” hərfi “g” işarələri kimi əks olunub.
Məlumat lövhəsi Səbail qalasının dənizdə batdığı yerin fonunda yerləşir. Qalanın “qalıqları” hazırda dənizin üzündə görünür.
Qeyd edək ki, Bayıl qalası Bakının Bayıl burnu yaxınlığında, Karvansaray adasında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsidir. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və 13-cü əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur.
İbRa