• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dövlət Komitəsindən Bakıda tikinti bumu ilə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

12 Dekabr 2022 | 13:39

Dövlət Komitəsindən Bakıda tikinti bumu ilə bağlı XƏBƏRDARLIQ

Bakının Baş planı şəhərin zonalaşdırılması, eyni zamanda, müvafiq məhdudiyyətlərin tətbiq edildiyi sənəddir. Bununla yanaşı, sənəddə bir çox yeni şəhərsalma yanaşmalar üzrə Bakıya uyğun təkliflər veriləcək.

Bakıvaxtı.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri Bakıda gedən tikinti bumu ilə bağlı xəbərdarlıq edib.

“Tarixi mərkəzlərdə gedən tikintilərdə tarixilik qorunmalıdır. Əsrlərlə formalaşmış tarixi şəhərsalma mühiti qorunmalıdır. Həmin ərazilərdə aparılacaq yeni işlər həmin mühitə uyğun aparılmalıdır. Bu, istər bərpa işlərində, istərsə də yeni bina tikintisində qorunmalıdır”, - Anar Quliyev qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026