• Bakı 9° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qar nə vaxt kəsəcək?

CƏMİYYƏT

11 Yanvar 2023 | 13:35 | Müəllif: Qalib İbrahimoğlu

Qar nə vaxt kəsəcək?

“Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu bir qədər də yüksələrək gündüz 3-5 dərəcə isti olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “report”a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O xatırladıb ki, Bakıda və Abşeron yarımadasında bu gün axşama doğru qarın tədricən kəsiləcəyi gözlənilir:

“Sabah gün ərzində hava əsasən yağmursuz olacaq, cənub-şərq küəyi əsəcək, havanın temperaturu gündüz 1-3 dərəcə isti olacaq. Rayonlara gəldikdə, bölgələrdə də yanvarın 12-dən başlayaraq qərb rayonlarında yağıntılar tədricən kəsiləcək”.

A.Verdiyev vurğulayıb ki, yanvarın 14-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Havanın temperaturu yanvarın 12-si gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda isə 5-10 dərəcə şaxta olacaq. Ayın 13-14-də isə rayonlarda gündüz 0-5 dərəcə isti, dağlarda isə gündüz 5-10 dərəcə şaxta olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026