• Bakı C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Dövlət qurumlarına kiberhücumlar azaldı

CƏMİYYƏT

11 Mart 2026 | 11:02

Dövlət qurumlarına kiberhücumlar azaldı

Bu ilin yanvar-fevral aylarında dövlət qurumlarına 201 kiberhücum indikatoru (IOC) müəyyən edilib.

Bakıvaxtı.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % azdır.

Kibertəhdidlərin 162-si daxili araşdırma, 42-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.


SON XƏBƏRLƏR

10 Mart 2026