Dövlət büdcəsinə vergi borcu olan şirkət məhkəməyə verildi.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsi "Akkuşa Oba" MMC-i məhkəməyə verib.
İşin mahiyyəti vergi ödəmələri barədə mübahisələrlə bağlıdır.
İş Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın icraatındadır.
Sözügedən şirkətin 14 min 678 manat vergi borcu var.
Ramid İbrahimov


jpg-1654597364.jpg)













