• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DSX akademiyasına sənəd qəbulu başlayır

CƏMİYYƏT

05 Avqust 2024 | 18:56 | Müəllif: Subhan Mahmudov

DSX akademiyasına sənəd qəbulu başlayır

Dövlət Sərhəd Xidmətinin Akademiyasının “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə plan yerlərinin tam komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırkı sənəd qəbulunda cari ildə I, II, III və IV ixtisas qrupunun hər hansı biri üzrə keçirilən qəbul imtahanında 150 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Abituriyentlər 6-10 avqust 2024-cü il tarixlərində Dövlət Sərhəd Xidmətinin Aparatına (Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76) müraciət edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026